Mayın 22-də, Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar milli parklarda “açıq qapı” günü olacaq. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayevanın sözlərinə görə, Azərbaycan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya 2000-ci ildə qoşulub. O bildirib ki, həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur.
Hazırda ölkədə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Onların siyahısı və ətraflı məlumatla linkə daxil olaraq tanış olmaq olar.