Sabah Neftçala rayonunun qaz təchizatı dayandırılacaq. Bu barədə İnsanoid Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 8 iyul tarixində məlumat verir.
"Payız-Qış" mövsümünə hazırlıq işləri çərçivəsində tədbirlər planına uyğun olaraq, 43 və 45 nömrəli qaz tənzimləmə şəbəkələrinin (QTŞ) yenisi ilə əvəzlənməsi məqsədilə iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Neftçala rayonu Bankə qəsəbəsində (ümumi 400 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Qurum təbii qaz verilişinin dayandırıldığı müddət ərzində abonentlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.