Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə İnsanoid bu gün, 13 oktyabr tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Havanın temperaturu gecə 8-13 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13 dərəcə, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.