Sabah, iyunun 15-də Şuşada beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA məlumat yayıb.
"Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" konfransın mövzusudur. Tədbir Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunur.
Konfransda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri iştirak edəcək.