Sabah Tərtər, Bərdə, Ağdam və Yevlax rayonlarında qaz olmayacaq. Bu barədə iyunun 9-da “Azəriqaz” İB məlumat yayıb.
Hadisə qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədardır.
İki gün ərzində “Kövər”, “Bərdə”, “Kətəlparaq”, “Tərtər”, “Azadqaraqoyunlu” QPS-lərdən və “Bərdə” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin iyunun 11-də Ağcabədi rayonunda təbii qazla təmin olunan əhali və sənaye qrup istehlakçılarının qaz təchizatında məhdudiyyətin yaranması ehtimal olunur.