Oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava limanının açılışı olacaq. Bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub. Hava limanında ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib.
Onun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni 60 metrdir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.