Sabahdan 132 nömrəli avtobuslarda gediş haqqı kartla ödəniləcək
Sabah, iyunun 2-dən 132 nömrəli avtobuslarda (Əhmədli m/s - Hövsan qəsəbəsi) gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Adıçəkilən müntəzəm marşrut üzrə gediş haqqı 0.35 manat təşkil edəcək.