Sabahdan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. - "Elmlər Akademiyası" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək. Bu haqda iyunun 13-də Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Digər avtobuslarda da mərhələli şəkildə nağdsız ödəniş sistemi təşkil ediləcək.