Sabirabadın Füzuli küçəsində avtomobil azyaşlını vurub. Bu haqda iyunun 2-də Report xəbər verib.
Məlumata görə, 13 yaşlı oğlan velosipedlə yolu keçərkən onu “Hyundai” markalı avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma davam edir.