Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib, biri vəfat edib. Bu haqda iyunun 16-da APA məlumat yayıb.
İnsident Şıxlar kəndində baş verib. Uşaqlar bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içiblər. Nəticədə 2018-ci il təvəllüdlü qız zəhərlənərək dünyasını dəyişib.
Digəri, 2015-ci il təvəllüdlü uşaq isə Bakıya gətirilib.
Faktla bağlı araşdırma aparılır.