Sabirabadda qadın doğuş zamanı, körpəsi isə bir neçə gün sonra ölüb. Bu barədə 5 iyul tarixində Lent.az xəbər verib.
Hadisə bir neçə gün əvvəl qeydə alınıb.
Rayon xəstəxanasına doğuş üçün müraciət edən Günel Vəliyeva üzərində qeysəriyyə əməliyyatı aparılıb. G.Vəliyeva uşaq dünyaya gətirəndən sonra vəfat edib. Bir neçə gündən sonra qadının dünyaya gətirdiyi körpə də dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.