Sabirabadda həyat yoldaşını öldürməyə cəhddə günahlandırılan şəxs tutulub. Bu haqda İnsanoid oktyabrın 22-də Baş Prokurorluğa istinadən xəbər verir.
Oktyabrın 20-si Sabirabad rayonu ərazisində 1996-cı il təvəllüdlü Təhminə İsayevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki, Təhminə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edən əri, 1992-ci il təvəllüdlü Asəf İsayevdir. Hadisə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı baş verib.
Faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.