Sabirabad rayonunun Qalağayın kəndində ölümlə nəticələnən qəza olub. Bu barədə APA iyulun 5-də məlumat verib.
Yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə 29 yaşlı sakin həlak olub, 21 yaşlı və 26 yaşlı gənclər isə xəsarətlər alıblar. Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma davam edir.