Sabirabad rayonunun Ələmbəyli kəndində saat 04:30 radələrində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 25-də APA xəbər paylaşıb.
Sabirabad rayonunun Bala Həşimxanlı kəndinin 35 yaşlı sakininin idarəetməni itirməsi nəticəsində avtomobil kanala aşıb. Nəticədə sürücü və onun 34 yaşlı sərnişini avtomobildə boğularaq həlak olublar.
Faktla bağlı araşdırma davam edir.