Sabirabadda bazarlığa gələn qadın qarət olunub. Bu haqda iyunun 29-da Daxili İşlər Nazirliyindən Lent.az-a məlumat verilib.
Belə ki, bazarda qadının içərisində mobil telefonu, pulu və sənədi olan pulqabısı oğurlanıb.
Əməli törətməkdə şübhəli bilinən şəhər sakini Ş.Cəbiyev saxlanılıb.