Sabirabadda 25 yaşlı qadın bıçaqlanıb. Bu barədə oktyabrın 21-də Report xəbər yayıb.
Hadisə Qalağayın kəndində qeydə alınıb. İsayeva Təhminə Fuad qızı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Zərərçəkmişin əri şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.