Sabirabadda baş verən qəzada sürücü ölüb. Bu barədə mayın 25-də APA məlumat yayıb.
Hadisə Sabirabad rayonunun Zəngənə kəndində baş verib. Kəndin sakini, 27 yaşlı Abbasov Emin idarə etdiyi “Hyundai” markalı avtomobili elektrik dirəyinə çırpıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.