Sabirabadda rüşvət alan iki vəzifəli şəxs həbs edilib. Bu barədə iyunun 30-da Baş Prokurorluq məlumat yayıb.
Müşviq Qasımov və Eldar Quliyev rayon ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi üçün onlara müraciət edən vətəndaşdan külli miqdarda rüşvət alıblar.
Adıçəkilən şəxslərə “rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə” və digər maddələrlə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.