Sabirabadın Çölbeşdəli kəndində su bulaqları yararsız vəziyyətə düşüb. Bu barədə oktyabrın 14-də Report xəbər yayıb.
Sakinlərin sözlərinə görə, hazırda bu qurğulardan istifadə mümkün deyil. Həmçinin bildirilib ki, bulaqlara aylarla su verilmir.
Vətəndaşlar Qonşu kəndlərə suyun normal verildiyini qeyd ediblər.
Məsələ ilə bağlı Sabirabad Rayon Sukanal İdarəsinə müraciət olunub. Verilən məlumata görə, problemin haradan qaynaqlandığı barədə araşdırma aparılır.