Sabirabadın baş memarı vəzifəsində çalışan Müşviq Qasımov saxlanılıb. Bu barədə iyunun 30-da APA məlumat yayıb.
Memar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, külli miqdarda rüşvət almaqda və mənimsəmədə təqsirləndirilir.
Faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.