Azərsu Şabran rayonunun Leyti, Ləcədi, Qələgah, Dağ Bilici, Zöhramı, Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma yaşayış məntəqələrinə su çəkəcək. Layihə 3 000-dən çox sakinin içməli su problemini həll edəcək.
Cari ilin iyun ayında işlərin tam yekunlaşacağı və kəndlərə suyun veriləcəyi nəzərdə tutulur.
Kəndlərə içməli su Şollar-Bakı su kəmərindən veriləcək. Bunun üçün hər birinin tutumu 100-300 kubmetr olan 5 ədəd su anbarı tikilir. Eyni zamanda, kəndlərdə 965 evə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Hazırda anbarlarda və şəbəkə xətlərində tikinti-quraşdırma və sayğaclaşma işləri aparılır.
Bundan öncə sakinlər içməli suyu uzaq məsafədən daşıyır və ya maşınlarla alırdılar.
[URIS id=48764]