Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkədə yayılan Şabran şəhər 1 saylı körpələr evində uşaqların qidalanması ilə bağlı məsələni nəzarətə götürüb. Bu barədə agentlikdən Report-a bildirilib.
Daha öncə Təhsil Nazirliyi məsələnin araşdırıldığını və nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bəyan etmişdi.
Qeyd edək ki, sosial şəbəkələrdə həmin körpələr evində uşaqlara verilən qidanın fotoları yayılıb. Fotolarda yeməklərin az və keyfiyyətsiz olduğu görünür.