Bakının Sabunçu bazarında dava zamanı bir nəfər bıçaqlanıb. Bu barədə iyulun 4-də APA xəbər paylaşıb.
Məlumata görə, 22 yaşlı oğlan naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.