Bakının “Sabunçu körpüsü”ndə gənc qadının yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 18-də Report məlumat verib.
Taksi fəaliyyəti ilə məşğul olan avtomobil yüksək sürətlə hərəkət edərkən qarşıdakı “KİA” markalı maşına çırpılıb. Nəticədə “KİA”nın 26 yaşlı sürücüsü xəsarət alıb.
Qadın 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma davam edir.