Bakıda Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 13 may tarixində Report məlumat verib.
Məlumata əsasən, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü şəxsi vurub.
Xəsarət alan şəxsə sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.