Paytaxtın Sabunçu rayonunda ötən ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb. Bu barədə mayın 31-də Daxili İşlər Nazirliyi məlumat verib.
Onların 64-ü həbs edilib, 34-ü isə polisin nəzarəti altına verilib. Sözügedən şəxslərdən ümumilikdə 27 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Həmçinin Bakıxanov, Maştağa, Balaxanı, Zabrat və digər ərazilərdəki 50-yə yaxın evlərdən, mağazalardan, ödəmə terminallarından oğurluqlar edən 19 nəfər saxlanılıb. Onlar pul, qızıl-zinət və məişət əşyaları oğurlayıblar.
Faktlarla bağlı araşdırmalar davam edir.