Bakıda qaraçı milliyyətindən olan gənc oğlan bıçaqlanıb. Bu barədə iyunun 17-də Report xəbər yayıb.
Hadisə Sabunçu rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü oğlan mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Onun bədənində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.