Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub. Bu barədə Report 23 iyul tarixində xəbər verib.
Xatırladaq ki, S.Mirzəyev uzun sürən xəstəlikdən sonra ötən gün 72 yaşında dünyasını dəyişib.
Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyevin dəfninə əklil göndəriblər.