Qarabağda istehsal edilən elektrik enerjisi İran vasitəsilə Naxçıvana, Türkiyəyə və Avropaya ixrac olunacaq. Bu barədə 19 may tarixində İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəviyə istinadən Azərtac məlumat verib.
Onun sözlərinə görə, gələcəkdə Qarabağda elektrik stansiyalarının tikintisində İran şirkətlərinin iştirakı nəzərdə tutulub. Həmçinin İranın bəzi şirkətlərinin Qarabağda təhsil müəssisələrinin, həm də xəstəxanaların tikintisində iştirakı gözlənilir.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə 5 su elektrik stansiyasının tikintisi davam edir. Bununla yanaşı, Laçın və Kəlbəcərdə 100 meqavat gücündə külək elektrik stansiyalarının və 50 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi planlaşdırılıb.