Bakı və ətraf ərazilərdə yaşayan, nəqliyyat problemi olan sağlamlıq imkanları məhdud uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb. Bu haqda mayın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
“Reabilitasiya avtobusu” həftədə iki dəfə təşkil edilir.
Avtobus uşaqları Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi ərazisində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.