top
Şəhərlərarası sərnişindaşıma üzrə tariflər yenidən hesablanır
01 iyul 2024, 04:22
- ↺ +

Şəhərlərarası sərnişindaşıma üzrə tariflər yenidən hesablanır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə tariflərin yeni məsafələrə uyğun hesablanmasına başlanılıb. Bu barədə İnsanoid Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən bu gün, 1 iyul tarixində xəbər verir.

"Son illər ölkədə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində şəhər və rayonları əlaqələndirən yollarda müəyyən dəyişikliklər olub. Nəticədə müvafiq avtobus marşrutlarının gediş məsafələrində azalma və artımlar müşahidə edilib. Şəhərlərarası daşımalar üzrə tariflər məsafələrə uyğun hesablandığından, baş vermiş dəyişikliklərə əsasən, marşrutlara yenidən baxılmasına və tariflərin yenidən hesablanmasına zərurət yaranıb", - məlumatda deyilir.

AYNA bildirir ki, əvvəllər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhər və rayonlara fəaliyyət göstərən şəhərlərarası müntəzəm marşrutların başlanğıc gediş məsafəsi Mərkəzi poçtdan hesablanırdı. Marşrutun gediş tarifi bu hesablamaya uyğun olaraq müəyyən edilirdi. Yeni dəyişikliklərə əsasən, rayonlararası sərnişindaşıma zamanı yoladüşmə məntəqəsi “avtovağzaldan avtovağzala” prinsipinə uyğun avtovağzallardan başlamaqla yeni inşa olunan yollarla gediş məsafəsi əsasında tarif müəyyən edilir.

Hesablamalara əsasən, ölkənin 85 şəhər və rayonundan 41-i üzrə məsafələrdə orta hesabla 6,6 % qısalma, qalan 41-i üzrə məsafələrdə 3,1 % artım qeydə alınıb, 3-ü üzrə məsafələrdə isə dəyişiklik olmayıb.

"Müsbət haldır ki, optimallaşdırma işləri çərçivəsində, əsasən, səyahət məsafələrində daha çox qısalmaların qeydə alınması əvvəlki hesablamalarla müqayisədə sərnişinlər tərəfindən bilet üzrə ödənişlərin azalması ilə nəticələnir", - məlumatda qeyd olunur.

Qeyd edək ki, yeni məsafələrə uyğun tariflərin hesablanmasına bu gündən başlanılıb. Belə ki, iyulun 1-dən şəhərlərarası marşrutlarda sərnişindaşıma tarifinin yuxarı həddi 3,7 qəpik/km həddində müəyyən edilib.

 

Son xəbərlər

Yerli xəbərlər
Dünən, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Siyasət
Dünən, 16:22

Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır

Cəmiyyət
Dünən, 16:19

Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Cəmiyyət
Dünən, 16:12

Azərbaycan aeroportlarında VİP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib

Cəmiyyət
Dünən, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Cəmiyyət
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Dünən, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Dünən, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Dünən, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Dünən, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Dünən, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Dünən, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Yerli xəbərlər
Dünən, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Dünən, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Dünən, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Dünən, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Dünən, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Dünən, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Dünən, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Dünən, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Dünən, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Dünən, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Oxşar xəbərlər