Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Bildirilib ki, oktyabrın 18-də axşam saatlarında Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Bakı və Abşeron yarımadasında şimşək çaxıb, arabir yağış yağıb. Yağış bəzi yerlərdə leysan xarakterli və intensiv olub.
Şahdağda saat 11:30-dan arabir qar yağmağa başlayıb.
Yağan leysan yağışlar nəticəsində Əyriçayın Başdaşağıl (Oğuz) məntəqəsindən sel keçməyə başlayıb.