Bu ilin sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında növbəti kəşfiyyat quyusunun qazılmasına start verilə bilər. Bu barədə 1 iyun tarixində BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə istinadən APA məlumat verib.
Onun sözlərinə görə, bu barədə qərar verilməyib, hazırda üzərində iş gedir, hesablamalar gedir və texniki dəyərləndirmə aparılır. O əlavə edib ki, kəşfiyyat qazma işləri rezervuarın parametrini, dərinliyini müəyyən etmək üçün aparılır ki, bu da ehtiyatlarla bağlı ehtimallar üçün şərait yaradacaq.