Bakı KOB İnkişaf Mərkəzi tərəfindən “Françayzinq” mövzusunda təlim keçiriləcək. Bu barədə 16 iyun tarixində Kiçik və orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Məlumata əsasən, təlim iyunun 24-də saat 11:00-da təşkil olunacaq və bir sıra mövzuları əhatə edəcək:
- Françayzinqin zərurəti;
- Dünyada françayzinq;
- Françayzinq biznesi;
- Françayzinq tərəfləri;
- Azərbaycanda françayzinq;
- Real françayz təklifin incələnməsi.
Sözügedən təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlamaq və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.
Qeyd olunub ki, təlimdə iştirak ödənişsizdir.