İyunun 23-də KOB-lar üçün “Korporativ idarəetmənin əsasları” mövzusunda təlim keçiriləcək. Bu barədə 17 iyun tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Məlumata əsasən, təlim saat 10:00-da təşkil olunacaq və aşağıdakı mövzuları əhatə edəcək:
– İdarəetmədə səlahiyyətlərin ötürülməsi;
- Qərar qəbulu;
- Səhmdarların əməkdaşlığı;
- Korporativ idarəetmənin tətbiqinin səmərəliliyi.
Sözügedən təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlamaq və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.
Qeyd edək ki, təlimdə iştirak ödənişsizdir.