Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günədək 2,7 milyard manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb. Bu barədə 9 iyun tarixində Fond tərəfindən məlumat verilib.
Məlumata əsasən, məbləğ üzrə kreditlərin 60,5%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 26,1%-i sənaye məhsullarının istehsalı və emalı, 2,2%-i turizmin inkişafı, 11,1%-i isə xidmət sahələrinin inkişafına yönəldilib. Bildirilib ki, 2002-2022-ci illər ərzində verilmiş güzəştli kreditlər hesabına 177 mindən artıq yeni iş yerinin yaradılması planlaşdırılır.
Məbləğ üzrə kreditlərin 26%-i Bakı şəhəri, 74%-i isə digər regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilib.
Sahibkarlığın İnkişafı Fondu 2018-ci ildə yaradılmış publik hüquqi şəxsdir.