15-18 may tarixlərində Bakı İdman Sarayında "CASPINDEXPO 2022" beynəlxalq ticarət və sənaye sərgisi, eləcə də biznes forumu keçiriləcək. Bu barədə 10 may tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Sərgi çərçivəsində 16 may tarixində təşkil olunacaq biznes forumda sahibkarlar arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan sahibkarları tədbirə dəvət olunurlar. Əlavə məlumat üçün: (+994) 50 546 30 36, (+994) 51 553 14 60, Nizami Gözəlov.