Sahibkarlığın İnkişafı Fondu Qax rayonunun İlisu kəndi ərazisində yerləşən "Uludağ" Turizm və İstirahət kompleksi MMC-yə 400 min manat məbləğində güzəştli kredit ayırıb. Bu barədə 4 iyul tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Məlumata əsasən, kredit regional turizmin inkişafına dəstək məqsədilə verilib.
Regional turizmin inkişafına dəstək məqsədilə Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən Qax rayonunun İlisu kəndi ərazisində yerləşən "Uludağ" Turizm və İstirahət kompleksi MMC-yə 400 min AZN məbləğində güzəştli kredit verilib.#EconomyAz #SİF pic.twitter.com/He02y8I4LI
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 4, 2022