Vətəndaşlara qarşı dələduzluqda şübhəli bilinən şəxsin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə iyunun 24-də APA məlumat paylaşıb.
İttihama əsasən, saxlanılan paytaxt sakini 3 vətəndaşa müxtəlif vədlər verərək etibarlarından sui-istifadə edib. O, zərərçəkmişlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.
Həmçinin sosial şəbəkələrdə sözügedən şəxsin şəhid ailələrini aldadaraq onlardan pul alması barədə məlumatlar yayılıb. O, şəhidlərin həyat yoldaşlarının və xəstə övladı olan insanların etibarından sui-istifadə edərək külli miqdarda vəsaitlərini alıb. Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edərək vətəndaşdan 18 000 AZN pul alıb.