40 yaşdan yuxarı şəxslər üçün meymunçiçəyi virusu təhlükə yaratmır. Bunu iyunun 17-də Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib.
Onun sözlərinə görə, sözügedən şəxslər bu xəstəliyin digər növlərinə qarşı peyvənd olunduğu üçün meymunçiçəyindən də qorunmuş hesab edilirlər.
Gənc nəslə gəlincə isə nazir bildirib ki, virus yaxın təmas zamanı ötürülür. Şəxsi gigiyena və məsafə qaydalarına riayət etmək tövsiyə olunub.