Azərbaycanda bu günədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu barədə mayın 23-də Səhiyyə Nazirliyindən məlumat verilib.
“İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağızın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər”, - deyə nazirlikdən vurğulanıb.
Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.