Şəki şəhərinin Aşağı Küngüt kəndində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi iyunun 11-də məlumat verib.
“Mercedes” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə 32 yaşlı sürücü həlak olub. Onun sıxılı vəziyyətdə qalan meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.