Şəkinin Öyrət kəndi yaxınlığındakı meşəlik ərazidə mayın 23-də səhər saatlarında kişi meyiti aşkar edilib. Bu haqda APA xəbər paylaşıb.
Məlumata görə, 28 yaşlı Öyrət kənd sakininin meyiti ağacdan asılı vəziyyətdə aşkarlanıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.