Şəki sakininə hədə-qorxu gələrək onun intiharına səbəb olan Bakı şəhər sakini saxlanılıb. Bu barədə Report mayın 18-də məlumat verib.
Mayın 8-i saat 22:00 radələrində rayon sakini evinin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub. Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsilə cinayət işi açılıb.
Saxlanılan şəxs mərhumun rüsvayedici foto və məlumatlarını yayacağı ilə bağlı hədə-qorxu gələrək onu özünü öldürmə həddinə çatdırıb.
Təqsirləndirilən şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma davam edir.