Şəki fermerləri mövsümün əvvəlindən indiyədək sahələrdən 22 min tonadək yaş tütün dəriblər. Bu barədə 20 oktyabr tarixində AZƏRTAC məlumat verib.
Rayonda fəaliyyət göstərən emal məntəqələrində, eləcə də fərdi təsərrüfatlarda dərilmiş yaş tütün kütləsindən 2 243 ton quru tütün istehsal olunub.
Cari mövsümdə rayonun təsərrüfatlarında 1 250 hektar sahədə tütün əkilib. Şəkili fermerlər bu il 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 9 hektar artıb.
Hazırda rayonda 350-dək fermer tütünçülüklə məşğul olur.