Şəki rayonunun 1995-ci il təvəllüdlü Oxud kənd sakini Abidova AygünTahir qızı iyulun 9-da yaşadığı ünvandan çıxaraq, naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 12 iyul tarixində xəbər verir.
Qeyd edilib ki, sonuncu dəfə evdən gedərkən üzərində şabalıdı rəngli cins şalvar, qara rəngli köynək və qara idman ayaqqabısı olub.
“Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.