İndiyədək Şəki rayonunda 43,2 min tona yaxın taxıl istehsal edilib. Bu barədə 30 iyun tarixində Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, 22,7 min hektar sahənin məhsulu biçilib. Rayonda 2022-ci ilin məhsulu üçün 65,2 min hektar sahədə taxıl səpini aparılıb. Havaların quraq keçməsi səbəbindən 17 min hektar taxıl sahəsi tamamilə məhv olub.