Şəkidə 82 yaşlı qadın sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib. Bu barədə 2 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə ötən gün günorta saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib.
Faktla bağlı araşdırma aparılır.