Şəkidə sərnişin avtobusu yolu keçmək istəyən qadını vurub. Bu haqda iyulun 1-də Report məlumat verib.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib.
41 yaşlı Röya Mustafayeva ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma davam edir.