Şəkidə evdən və aptekdən oğurluq edən iki nəfər saxlanılıb. Bu barədə iyunun 14-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Aptekdən mobil telefon, seyf və kassada olan pulları oğurlayan Bərdə sakini Ayxan Səlimov saxlanılıb.
Keçirilmiş digər əməliyyat nəticəsində isə fərdi yaşayış evindən ümumilikdə 2 300 manat dəyərində mis qazan,samovar, məcmeyi və digər məişət əşyaları oğurlayan Qismət Abdurrəhimov tutulub.
Faktlarla bağlı cinayət işləri başlanılıb.